[b]“Xəzər Lənkəran” “Neftçi” üçün fasiləsiz davam edir[/b]
28.02.2016 - 02:03
Qəbələ səfərindən qolsuz heç-heçə ilə qayıdan “Xəzər Lənkəran” istirahət etməyəcək. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi oyun bitən kimi Lənkəran istiqamətində yola düşüb.
Komanda doğma şəhərdə fevralın 28-də oyunsonrası bərpa məşqinə çıxacaq. Ayın son günündə (29-fevral) daha bir gün hazırlaşacaq futbolçular, martın 1-də isə “Fırtınalar meydanı”nda oyunöncəsi son məşqini keçirəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində martın 2-də “Neftçi”ni qəbul edəcək. (12cioyuncu.info)
0
0