[b]“Xəzər Lənkəran”: Üçü qayıtdı, ikisi qaldı[/b]
22.04.2016 - 16:06
[b]“Xəzər Lənkəran”: Üçü qayıtdı, ikisi qaldı[/b]

Topaz Premyer Liqasının XXXI turunda “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” matça hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın heyətində zədəli futbolçu qalmayıb.

 

Belə ki, zədəsini sağaldan Nodar Məmmədov, İlyas Səfərzadə və Elfad Baləhmədov tam olaraq, sıraya dönüblər. Onların “Qəbələ” ilə qarşılaşmada meydana çıxması üçün heç bir problem qalmayıb. Hər 3 futbolçu bu görüşdə komandasına kömək edə biləcək.

 

“Xəzər Lənkəran” “qırmızı-qaralar”la matçda digər 2 oyunçunun xidmətindən yararlana bilməyəcək. Söhbət İbrahim Qədirzadə və Yusif Həsənovdan gedir. Onlar 17 yaşadək futbolçulardan ibarət yığmamızın düşərgəsində təlim-məşq toplanışında olduqlarından, Lənkəran klubunun heyətindən kənarda qalıblar.

 

Qeyd edək ki, sabah keçiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” matçı 16:30-da start götürəcək.