Topaz Premyer Liqasının XXXII turunda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” matçın hazırlığına sabah start verəcək. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” aprelin 26-da 1 məşqlə kifayətlənəcəklər.
Birisigündən etibarən isə Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə bir araya gələcəklər.
Komandada zədəli və cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamlardandı. Yeganə problem İbrahim Qədirzadə və Yusif Həsənovun düşərgədə olmaması ilə bağlıdı. Hər iki oyunçu 17 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində olduğundan, “Xəzər Lənkəran”ın hazırlığında iştirak edə bilmir.
Lənkərandakı son məşqinə cümə günü çıxacaq “Xəzər Lənkəran” Bakıya matçın baş tutacağı gün, səhər saatlarında gələcək.
Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” görüşü aprelin 30-da keçiriləcək.