[b]“Xəzər Lənkəran” üçün əvvəl fiziki, sonra toplu hazırlıq[/b]
25.02.2016 - 00:01
[b]“Xəzər Lənkəran” üçün əvvəl fiziki, sonra toplu hazırlıq[/b]

Topaz Premyer Liqasının XXIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” qarşılaşmanın hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, XXII turun fevralın 21-də keçirilən “Rəvan”la səfər matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.

 

Dünənki hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər.

 

“Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.

 

Xatırladaq ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.