[b]“Xəzər Lənkəran”da üçü birdən zədələndi[/b]
29.02.2016 - 15:36
[b]“Xəzər Lənkəran”da üçü birdən zədələndi[/b]

Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində 2 gün sonra “Neftçi” ilə ilk oyuna çıxacaq “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” ilə qolsuz heç-heçədən sonra komandada əhval-ruhiyyə yüksəkdi.

 

Yalnız bir məqam məşqçilər korpusunu narahat edir. Söhbət 3 futbolçunun zədəli olmasından gedir. Belə ki, Orxan Səfiyaroğlu, İlyas Səfərzadə və Vaquf Güləliyev yüngül zədədən əziyyət çəkirlər.

 

“Qəbələ” ilə görüşə start heyətində çıxan bu 3 futbolçudan Vaquf sona qədər meydanda olsa da, İlyas 74, Orxan isə 90+3-cü dəqiqədə əvəzlənib.

 

Ayağında ağrı hiss edən futbolçuları bu gün həkimlər növbəti dəfə yoxlayacaqlar. İlkin ehtimala görə, hər 3 gənc oyunçunun zədəsi ciddi deyil və onlar “Neftçi”yə qarşı oynaya biləcəklər. Lakin həkimlərdən “yox” cavabı gəlsə, baş məşqçi Elbrus Məmmədov onları AZAL ilə çempionat matçına saxlayacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması martın 2-də keçiriləcək.