[b]“Xəzər Lənkəran”dan qələbə “selfie”si[/b]
02.03.2016 - 16:27
[b]“Xəzər Lənkəran”dan qələbə “selfie”si[/b]

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi”ni qəbul edən “Xəzər Lənkəran” 3:2 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bununla da, “ağ-yaşıllar” Elbrus Məmmədovun baş məşqçi postuna keçməsindən sonra ilk qələbələrini qazanıblar.

 

“Xəzər Lənkəran”ın futbolçuları və klubun nümayəndələri matçdan sonra bu qələbəni qeyd ediblər. Onlar kollektiv şəkildə sevindikləri yerdə şəkil çəkdiriblər.

 

Prinsipial görüşdəki qalibiyyətdən sonra “ağ-yaşıllar”ın necə sevindiyini fotodan anlamaq mümkündü.