[b]“Xəzər Lənkəran”ın futbolçusu məşqə buraxılmır[/b]
15.04.2016 - 11:27
[b]“Xəzər Lənkəran”ın futbolçusu məşqə buraxılmır[/b]

Topaz Premyer Liqasının XXX turunda “Zirə”nin qonağı olacaq “Xəzər Lənkəran” bu oyuna itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın hücumçusu Elfad Baləhmədovun paytaxt klubu ilə matçı buraxacağı böyük ölçüdə dəqiqləşib.

 

“Neftçi” ilə görüşdə qaşı partlayan Baləhmədov fasilədə əvəzlənmək məcburiyyətində qalmışdı. Elfadın durumunun ciddi olmadığı güman edilsə də, 18 yaşlı futbolçu hələ də məşqlərə başlaya bilməyib.

 

Gözü şişən Baləhmədovun məşqlərdə iştirak etməsinə həkimlər icazə vermirlər. “Zirə” ilə oyuna cəmi 2 gün vaxt qaldığını nəzərə alsaq, Elfadın bu görüşü buraxmaq ehtimalının yüksək olduğunu deyə bilərik.

 

Cənub klubunun digər futbolçularla bağlı isə problemi yoxdu.

 

Qeyd edək ki, aprelin 17-də keçiriləcək “Zirə” – “Xəzər Lənkəran” qarşılaşması saat 16:30-da start götürəcək. 

0