“Sumqayıt”dan real təklif almışam. Daha 1-2 klub xidmətimdə maraqlıdı. Amma hələ yekun qərarımı verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilov deyib.
Topaz Premyer Liqasının başa çatan mövsümünü sonuncu pillədə tamamlayan “ağ-yaşıllar” təcrübəli oyunçuları ilə vidalaşa bilərlər. Komandadan ayrıla biləcək futbolçuların siyahısında Tural Cəlilov ilk pillədədi.
30 yaşlı müdafiəçi ilə “Sumqayıt” klubu danışıq aparır. Əməkdaşımızla söhbətində Tural özü də bunu təsdiqləyib. Lakin o, “gənclik şəhəri” təmsilçisinə keçəcəyini hələ dəqiqləşmədiyini bildirib: “Bəli, “Sumqayıt” məni heyətinə qatmaq istəyir. Bu klubla danışıq aparıram. Amma ora keçib-keçməyəcəyim dəqiqləşməyib. “Sumqayıt”la hələ müqavilə imzalamamışam. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək”.
Qeyd edək ki, ölkə çempionatının son mövsümündə 35 oyunda iştirak edən Tural Cəlilov aktivinə qol yazdıra bilməyib.