[b]“Xəzər Lənkəran”ın yetirməsi: Premyer Liqa klubları ilə görüşürük[/b]
08.06.2016 - 18:55
[b]“Xəzər Lənkəran”ın yetirməsi: Premyer Liqa klubları ilə görüşürük[/b]

Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”dan ayrılan futbolçular bir-bir özlərinə yeni komanda tapırlar. Apasport.az saytının məlumatına görə, ən çox maraq doğuran cənub klubunun tapıntısı İbrahim Qədirzadənin gələcək taleyidi.

 

Ötən ay ölkəmizdə təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycan millisinin formasını geyinən yarımmüdafiəçi klubsuz qalmayacaq. Hazırda azad agent statusuna malik olan Qədirzadə Premyer Liqanın 3 klubundan təklif alıb.

 

Məlumatı əməkdaşımızla söhbətində gənc oyunçu özü də təsdiqləyib: “AZAL, “Sumqayıt” və “Qəbələ”dən təklif almışam. Amma karyeramı harda davam etdirəcəyimi hələ müəyyənləşdirməmişəm. Bakıya gəlib menecerimlə görüşəcəm, ondan sonra bir qərara gələcəyik”.

 

Qeyd edək ki, İbrahim Qədirzadə ötən mövsüm Premyer Liqada 17 oyun keçirib, 1 qola imza atıb.