[b]“Xəzər Lənkəran”ın Zamanı qayıtdı[/b]
04.03.2016 - 16:19
[b]“Xəzər Lənkəran”ın Zamanı qayıtdı[/b]

Topaz Premyer Liqasının XXIV turunda AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” sabahkı matça tam hazırdı. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın heyətlə bağlı heç bir problemi qalmayıb.

 

Belə ki, “Neftçi” ilə kubok matçından sonra ayağında ağrı hiss edən Zaman Mirzəzadənin durumu yaxşılaşıb. Tibbi müayinədən keçən gənc futbolçunun zədəsinin ciddi olmadığı aşkarlanıb.

 

Baş məşqçi Elbrus Məmmədov əməkdaşımızla söhbətində Mirzəzadənin AZAL-la matçda oynamaq ehtimalının böyük olduğunu bildirib: “Zədəsi var, amma ciddi deyil. Oyundan öncə bir daha yoxlanılacaq. Komandaya kömək edə biləcəyini düşünürəm”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL qarşılaşması saat 14:00-da start götürəcək.