[b]“Xəzər Lənkəran”ın zədəlisi “Qəbələ” ilə oyuna hazır olacaq[/b]
20.04.2016 - 10:43
[b]“Xəzər Lənkəran”ın zədəlisi “Qəbələ” ilə oyuna hazır olacaq[/b]

Topaz Premyer Liqasının XXXI turunda “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bu görüşdə əsas heyət üzvlərindən olan Nodar Məmmədovun xidmətindən istifadə edə biləcək.

 

“Zirə” ilə görüşün ikinci hissəsində zədələnən və bu səbəbdən əvəzlənən müdafiəçi hələ ki, məşqlərə başlamayıb. Məmmədov barmağında ağrı hiss etməsinə baxmayaraq, “Qəbələ” ilə oyuna kimi hazır olacağını bildirib: “Düzdü, hələ ağrı var. Buna görə məşqə başlaya bilməmişəm. Amma şənbə gününə qədər ağrı qalmayacaq. Hazır olacağımı düşünürəm. Lakin oynayıb-oynamamağım baş məşqçinin qərarından asılı olacaq”.

 

Qeyd edək ki, aprelin 23-də keçiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması saat 16:30-da start götürəcək.