[b]“Xorvatiya ilə Azərbaycan futbolçuları arasında 150 milyonluq fərq var”[/b]
14.10.2015 - 11:05
[b]“Xorvatiya ilə Azərbaycan futbolçuları arasında 150 milyonluq fərq var”[/b]

“Çox yaxşı futbol oynadıq. Azərbaycan millisinə heç bir şans vermədik”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının əsas qapıçısı Bojidar Mitrev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə (2:0) oyunu dəyərləndirən 28 yaşlı qolkiper qələbəni bu cür şərh edib: “Aqressiv oyun nümayiş etdirdik və layiqli qələbə qazandıq. Ötən matçda məğlub olduğumuz Xorvatiyanın bütün futbolçuları Avropanın böyük klublarında çıxış edirlər. Ancaq Azərbaycanda vəziyyət fərqlidi. Xorvatiya ilə Azərbaycan yığmasının futbolçuları arasında 150 milyonluq fərq var”.

 

Mitrev artıq uğur qazanmağının vaxtının çatdığını vurğulayıb: “Bu qədər gözləmək kifayətdi. Hər dəfə gözləniləni verə bilmirik. Artıq neçə ildi ki, gücümüzü ortaya qoya bilmirik. Amma fikrimcə, növbəti seçmə mərhələ bizim üçün daha yaxşı keçəcək. Çünki artıq bunu bacaracaq oyunçularımız var. Sadəcə, azarkeşlərdən dəstək gözləyirik”.

 

Qeyd edək ki, Bojidar Mitrev bu ildən Bolqarıstan yığmasına dəvət alır.

0