[b]“Yagelloniya” 24 futbolçu sifariş verdi[/b]
07.07.2017 - 16:20
[b]“Yagelloniya” 24 futbolçu sifariş verdi[/b]

“Yagelloniya” Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisi 24 oyunçunun adını sifariş edib.

 

Baş məşqçi İreniuş Mamrotun təmsilçimizlə matçlarda 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu ixtiyarında olacaq.

 

“Yagelloniya”nın heyəti belədi

Qapıçılar: 25. Marian Kelemen, 39. Kjiştof Karpeçuk, 96. Damian Veqlaj

Müdafiəçilər: 2. Ziqmunt Qordon, 8. Lukaş Burliqa, 12. Gilyerme Sitya, 16. Gutyeri Tomelin, 17. İvan Runye, 20. David Şimonoviç, 77. Pyotr Tomaşik

Yarımmüdafiəçilər: 4. Yatsek Qoralski, 6. Taras Romançuk, 7. Dmitri Xomçenovski, 9. Arvidas Novikovas, 13. Pşemislav Mistkovski, 21. Pşemislav Frankovski, 22. Rafal Qjib (k), 23. Damian Şimanski, 26. Martin Pospisil, 35. David Polkovski

Hücumçular: 10. Fyodor Çernıx, 18. Killian Şeridan, 28. Karol Sviderski, 44. Lukaş Sekulski.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Yagelloniya” arasında ilk oyun iyulun 13-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Belostokda keçiriləcək.