[b]“Yagelloniya” – “Qəbələ” matçı canlı yayımda[/b]
15.07.2017 - 09:14
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Yagelloniya” - “Qəbələ” matçını azarkeşlər izləyə biləcəklər. Apasport.az saytının məlumatına görə, Polşada keçiriləcək görüş canlı yayımlanacaq.
Belə ki, iyulun 20-də Bilastokda oynanılacaq matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı göstəriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnib.
0
0