“Komanda Maltadan gələndən istirahət etməyib. Məşqlərə davam edirik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk görüşdə “Baltsan” üzərində Maltada 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi iyulun 7-də cavab matçına çıxacaq.
Qasımov səfər qələbəsinə baxmayaraq, bu gün təşkil edilən mətbuat konfransında cütün taleyinin həll olunmadığını söyləyib: “Yaxşı vəziyyətdəyik. Oyunu gözləyirik. İnşallah, yaxşı nəticə gözləyirik”.
- Böyük ehtimalla növbəti mərhələyə vəsiqə qazanacaqsız. Buna baxmayaraq, potensial rəqiblərin oyununa nümayəndə göndərməməyiniz...
- Favorit başqa şeydi, keçmək başqa. Hələ heç nə bitməyib. Potensial rəqiblər barədə məlumatım var. Onları izləmişəm.
- Bu “Neftçi” Avroliqada nə qədər irliləyə bilər?
- Bacardığımız qədər. Komandanın potensialı var. Malta klubunun heyətində səviyyəli futbolçular var. Heç də pis heyətləri yoxdu.
- Aylton Silva komandadan ayrıldı?
- Bu məsələ bağlanmayıb. Danışıqlar davam edir. Hələ gəlib-gəlməyəcəyi bilinmir.
- Növbəti mərhələyə adlasaz, yeni hücumçu alınacaq?
- Seleksiya işləri davam edir. Amma bizə uyğun hücumçu hələ tapmamışıq. Çox oyunçuya baxmışıq.