[b]“Yuventus” - “Real”: Hərəyə 8 qələbə[/b]
11.05.2017 - 11:11
[b]“Yuventus” - “Real”: Hərəyə 8 qələbə[/b]

Çempionlar Liqasının finalında üz-üzə gələcək “Real”la “Yuventus” indiyədək 18 avrokubok matçında qarşılaşıb. Apasport.az saytının məlumatına görə, iyunun 3-də Kardiffdə keçiriləcək görüşədək rəqiblər yalnız Avropanın ən nüfuzlu klub turnirində münasibətlərinə aydınlıq gətirib.

 

Keçirilən 18 matçda tərəflər hərəyə 8 qələbə qazanıb. Bu göstəricidə bərabərlik olsa da, top fərqində İtaliya təmsilçisi öndədi. “Yuventus” 21, “Real” 18 qol vurub. Finaldakı ilk top duellərdə 40-ci olacaq.

 

Əvvəlki 18 matç 9 duel çərçivəsində keçirilib. Bu duellərin ikisi qrup mərhələsində baş tutub. Digərlərindən 5-də Turin, 2-də Madrid klubu sevinib.

 

Finaldakı yeganə matç 19 il əvvəl keçirilib. Həmin vaxt İspaniya klubu 1 qolla qalib gəlib.

 

mövsüm

mərhələ

oyun

hesab

1961/62

1/4 final

Yuventus - Real

0:1

 

 

Real - Yuventus

0:1

 

 

Yuventus - Real

3:1 (neytral meydan)

1986/87

1/16 final

Real - Yuventus

1:0

 

 

Yuventus - Real

1:0, p.1:3

1995/96

1/4 final

Real - Yuventus

1:0

 

 

Yuventus - Real

2:0

1997/98

Final

Real - Yuventus

1:0 (neytral meydan)

2002/03

1/2 final

Real - Yuventus

2:1

 

 

Yuventus - Real

3:1

2004/05

1/16 final

Real - Yuventus

1:0

 

 

Yuventus - Real

2:0 (əlavə vaxtda)

2008/09

Qrup

Yuventus - Real

2:1

 

 

Real - Yuventus

0:2

2013/14

Qrup

Real - Yuventus

2:1

 

 

Yuventus - Real

2:2

2014/15

1/2 final

Yuventus - Real

2:1

 

 

Real - Yuventus

1:1