Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olan “Qəbələ” də rəqibinin seriyasını qıra bilməyib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ev oyunlarında 2-dən az top buraxmaqla ad çıxarıb.
Əyalət klubu ardıcıl 26 çempionat matçıdı ki, qonaqlara 1-dən artıq qol sevinci yaşatmır. Bu da dünyanın ən uzun seriyalarından biridi.
Yeni açıqlanan seriyalar siyahısında “Qarabağ”ın bu göstəricisi dünyada 6-cıdı.
Rekord isə “Yuventus”la “Olimpiakos”a məxsusdu. İtaliya və Yunanıstan çempionları 41 turdu 2-dən çox qol buraxmır. Makedoniya “Vardar”ı 35, Avstriya “Zalsburq”u 34, Əlcəzair “Saura” 30 oyundu evdə 2 və ya daha çox top buraxmır.
Qeyd edək ki, daha bir Əlcəzair klubu “Kabbili” də 26 oyunluq seriyaya malikdi.