[b]“Yuventus” Poqbanı 101 milyon avroya satmadı[/b]
20.07.2016 - 12:44
[b]“Yuventus” Poqbanı 101 milyon avroya satmadı[/b]

“Mançester Yunayted”in ulduz futbolçu Pol Poqbanı geri qaytarmaq cəhdi növbəti dəfə baş tutmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçunun klubu “Yuventus” qarşı tərəfin təklifini qəbul etməyib.

 

Belə ki, turinlilər Poqbanı 101 milyon avro qarşılığında İngiltərə təmsilçisinə satmağa razılaşmayıblar. “Yuventus” rəhbərliyinin Fransa yığmasının üzvü ilə yolları ayırmağa müsbət baxdığı bildirilsə də, gələn təkliflərin heç biri “qoca sinyora”nın ürəyincə olmur.

 

Məsələ burasındadı ki, “Yuventus” 23 yaşlı yarımmüdafiəçini daha baha qiymətə satmağı planlaşdırır. Bu səbəbdən onlar “Mançester Yunayted”in rekord sayılacaq təklifini qəbul etməyiblər. Əgər danışıqlar müsbət nəticələnsəydi, Poqba dünyanın ən bahalı transferi olacaqdı. İndiki məqamda isə bu adı Madrid “Real”ının uelsli futbolçusu Qaret Beyl (100 milyon avro) daşıyır.

 

Qeyd edək ki, 2012-ci ildə məhz “Mançester Yunayted”dən havayı, yəni azad agent kimi "Yuventus"a keçən Poqba hazırkı komandasının heyətində 178 oyunda 34 qola imza atıb. O, 2013-cü ildən dəvət aldığı Fransa yığmasında isə 38 matçda 6 dəfə fərqlənib.

 

 

0