[b]“Yuventus” transferi açıqladı[/b]
30.08.2017 - 23:02
“Yuventus” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” “Şalke”nin təcrübəli müdafiəçisi Benedikt Hövedesi rənglərinə bağlayıb.
Alman futbolçu icarə əsasında Turin təmsilçisində çıxış edəcək. Bu keçid üçün qarşı tərəfə 3.5 milyon avro ödəniləcək. Əgər futbolçu “Yuventus”un heyətində 25 və daha çox rəsmi oyunda forma geyinsə, italiyalılar 13 milyon avroya onu birdəfəlik heyətinə qatacaqlar.
Qeyd edək ki, Almaniya millisində də çıxış edən Hövedes 2007-ci ildən “Şalke”də oynayır.
0
0