[b]“Yuventus”dan ayrılıb, “Barselona”ya keçir[/b]
07.09.2016 - 15:05
“Yuventus”un isveçrəli müdafiəçisi Ştefan Lixtştayner karyerasını İspaniya çempionatında davam etdirməyə çox yaxındı. Apasport.az saytı “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Barselona” danışıq aparır.
Lixtştayner özü də “Barsa”ya keçməyin əleyhinə deyil. Təcrübəli futbolçunun adı “Yuventus”un Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilmədiyindən, Lixtştayner “qoca sinyora” ilə yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, İsveçrə yığmasının da formasını geyinən Lixtştayner 2011-ci ildən “Yuventus”un üzvüdü.
0
0