[b]“Yuventus”dan növbəti transfer[/b]
30.08.2017 - 14:35
[b]“Yuventus”dan növbəti transfer[/b]

“Yuventus” daha bir futbolçu ilə razılığa gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “qoca sinyora” “Şalke”nin müdafiəçisi Benedikt Hövedeslə anlaşıb.

 

Almaniyalı futbolçu tibbi müayinədən keçmək üçün Turinə yollanıb. Bundan sonra isə tərəflər arasında münasibətlər rəsmiləşdiriləcək.

 

Qeyd edək ki, “Şalke”nin yetirməsi olan 29 yaşlı futbolçu 2011-ci ildən Almaniya yığmasının da şərəfini qoruyur.