[b]“Zenit”in icraçı direktoru: Şeydayevin Azərbaycan vətəndaşlığı çox şübhəlidi[/b]
13.09.2016 - 23:22
[b]“Zenit”in icraçı direktoru: Şeydayevin Azərbaycan vətəndaşlığı çox şübhəlidi[/b]

Rusiyanın “Zenit” klubunun icraçı direktoru Maksim Mitrofanov “Life” portalına açıqlamasında komandanın gələcək planları ilə yanaşı azərbaycanlı futbolçu Ramil Şeydayevlə bağlı sualları da cavablandırıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisinin rəhbəri gənc futbolçunun Türkiyəyə keçməsinə də münasibət bildirib.

 

- Ramilin “Trabzonspor”a keçidi nə ilə əlaqədardı? Onun istedasız, yoxsa səbrsiz olması?

- Ola bilər ki, biz ona qeyri-adekvat məbləğ təkilf edəydik və o, heç yerə getməzdi.

 

- Hətta Azərbaycan vətəndaşlığını da qəbul etməzdi?

- Bu, ümumiyyətlə avantüradır. Düşünürəm ki, Rusiya Futbol Federasiyası (RFF) bu məsələ ilə bağlı mütləq araşdırma aparmalıdır. AFFA rəhbərliyi əvvəlcə deyir ki, Ramilin vətəndaşlığı yoxdur. Sonra birdən məlum olur ki, 2010-cu ildə o, nəsə alıb. Bundan əlavə, bizdə çıxış edən vaxt Şeydayev ikili vətəndaşlığının olmaması barədə bir çox sənədlərə imza atıb. Həmin sənədlər “Zenit”də də, RFF-də də, FİFA-da da var. Bu çox şübhəli məsələdir və bir çox suallar yaradır.

0