[b]“Zirə” - “Qəbələ” oyununun vaxtı açıqlandı[/b]
10.02.2017 - 12:30
[b]“Zirə” - “Qəbələ” oyununun vaxtı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

 

Turun hər iki günü daha maraqla gözlənilən “Zirə” - “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekunlaşacaq.
 

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası

XVIII tur

12 fevral (bazar)

14:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu

 

16:30. “Zirə” - “Qəbələ”
 Zirə İdman Kompleksinin stadionu

13 fevral (bazar ertəsi)

15:00. AZAL – “İnter”
“AZAL Arena”

17:30. “Neftçi” – “Sumqayıt”
8-ci km qəsəbə stadionu