Ölkə çempionatının 2016/2017 mövsümünü 4-ci pillədə bitirərək, Avropa Liqasında iştirak etmək hüququ qazanan “Zirə”nin hansı ölkədə toplanış keçəcəyi müəyyənləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda Türkiyəyə yollanacaq.
Belə ki, paytaxt təmsilçisi Bolu şəhərində hazırlaşacaq. İyunun 10-da Türkiyəyə yollanacaq Ayxan Abbasovun yetirmələri 11 gün orada qalacaq. Komanda Bolunu ayın 21-də tərk edəcək.
“Zirə” Türkiyə toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələ bəlli deyil. Hazırda bununla bağlı danışıqlar gedir.
Qeyd edək ki, “Zirə” ötən ilin yayında da Boluda təlim-məşq toplanışında olmuşdu.