Topaz Premyer Liqasının 2015/2016 mövsümünü ikinci pillədə başa çatdıran “Zirə” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Yamin Ağakərimzadədən sonra “Rəvan”ın daha bir futbolçusunu heyətinə qatıb.
Söhbət Ukrayna vətəndaşı Yasin Həmiddən gedir. 23 yaşlı hücumçu “Zirə” ilə rəsmi müqaviləyə qol çəkib. O, növbəti mövsümdə “qartallar”ın şərəfini qoruyacaq. Həmid komandadan ayrılan Nelson Bonillanın yerini doldurmaq üçün transfer edilib.
Yay fasiləsində həmçinin Tural Cəlilovu heyətinə qatmış “Zirə” əvəzində Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Nelson Bonilla, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez və Viktor İbekoyi ilə vidalaşıb.
Qeyd edək ki, Yasin Həmid ölkə çempionatının son mövsümündə 15 oyunda iştirak edib və 4 qola imza atıb.