[b]“Zirə” planları dəyişdi: Kamerunluların əvəzinə “İnter”[/b]
11.06.2017 - 21:31
[b]“Zirə” planları dəyişdi: Kamerunluların əvəzinə “İnter”[/b]

“Zirə”nin Boludakı təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, “qartallar” bu gün iki dəfə məşqə çıxıb.

 

Baş məşqçi Ayxan Abbasov 10 günlük toplanışda taktiki-texniki hazırlığa üstünlük verəcək.

 

“Zirə”nin yoxlama oyunlarının vaxtları və rəqiblər də tam dəqiqləşib.

 

İyunun 13-də keçiriləcək oyun 17-30-da başlayacaq matçda rəqib əvvəldən deyildiyi kimi Kamerunun “Columbe Sportive” klubu yox, Bakı “İnter”i olacaq.

 

Afrikalılarla isə “qartallar” iyunun 17-də üz-üzə gələcək. Bu qarşılaşma saat 17-00-da başlayacaq.

 

İyunun 20-də keçiriləcək Rumıniya təmsilçisi “Vitorul”la oyun isə saat 17-00-da başlayacaq.