[b]“Zirə” daha 2 futbolçu ilə bağlı qərar verdi [/b]
10.05.2017 - 13:23
[b]“Zirə” daha 2 futbolçu ilə bağlı qərar verdi [/b]

Avrokubokda iştirak edəcək “Zirə” daha 2 futbolçu ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu qapı xəttində dəyişiklik etmək fikrində deyil.

 

Belə ki, çərçivə qoruyucuları Anar Nəzirov və Kamal Bayramovun taleyinə aydınlıq gəlib. Hər iki qolkiperin “Zirə” ilə müqaviləsinin müddəti başa çatdığından, onların komandada qalıb-qalmayacağı maraq doğururdu. Məşqçilər korpusu həm Anar, həm də Kamalın xidmətində maraqlıdı. Bu səbəbdən rəhbərlik Nəzirov və Bayramovla danışıqlara başlayıb. Tərəflər arasında yaxın günlərdə yeni 1 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, “Zirə” mövsüm başa çatan kimi Migel Lorenzo, Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yolları ayırıb.