[b]“Zirə”də ilk qərar: bir əcnəbi yola salınacaq[/b]
26.04.2016 - 12:04
[b]“Zirə”də ilk qərar: bir əcnəbi yola salınacaq[/b]

Topaz Premyer Liqasının debütantı “Zirə” heyətdə “təmizləmə işləri”nə başlayıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu artıq bir oyunçusunu yola salmaq qərarına gəlib.

 

Söhbət nigeriyalı müdafiəçi Çimezi Mbahdan gedir. Ötən yayda heyətə cəlb edilən Mbahın klubla müqavilə müddəti mövsümün sonuna qədərdi. Son vaxtlar formadan düşdüyü üçün əvəzedici heyətə göndərilən 24 yaşlı futbolçu artıq baş məşqçi Adil Şükürova lazım deyil.

 

Sonuncu dəfə çempionatın XXV turunda “Qəbələ” ilə qarşılaşmada əsas komandanın formasını geyinən Mbahın oyunu məşqçilər korpusunu qane etmədiyindən, həmin vaxtdan bəri futbolçu gününü əvəzedici heyətdə keçirir. Son 5 turu da əsas komandadan ayrı keçirəcək Çimezi mövsüm başa çatan kimi, yola salınacaq.

 

Qeyd edək ki, cari mövsümdə “Zirə”nin heyətində ümumilikdə 20 oyunda (1732 dəqiqə) meydana çıxan Çimezi Mbah 9 sarı, 1 qırmızı vərəqə ilə “fərqlənib”.

 

Ruslan SADIQOV

0