[b]“Zirə”də yeni müqavilə[/b]
01.07.2017 - 16:40
“Zirə” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gənc futbolçu Yusif Nəbiyev “qartallar”ın sıralarına qoşulub.
Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb.
Qeyd edək ki, Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”ın formasını geyib.
0
0