[b]“Zirə”dən ayrıldı, “Kəpəz”ə keçdi[/b]
11.05.2017 - 15:42
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha 1 futbolçunun keçidini həll edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Tural Cəlilovla razılığa gəlib.
Son mövsümü “Zirə”də keçirən müdafiəçi ilə paytaxt təmsilçisi yeni müqavilə imzalamamışdı. Cəlilovun klubsuz günləri çox çəkməyib və o, “Kəpəz”lə anlaşıb. Tərəflər 1 illik sözləşməyə qol çəkiblər.
Qeyd edək ki, “Kəpəz” bundan öncə İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”) və İlkin Sadıqovu (“Turan Tovuz”) heyətinə qatmışdı.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0