[b]“Zirə”dən ayrıldı, “Qəbələ”yə lazım olmadı[/b]
27.05.2016 - 14:21
[b]“Zirə”dən ayrıldı, “Qəbələ”yə lazım olmadı[/b]

Topaz Premyer Liqasının 2015-2016 mövsümünü “Zirə”də keçirən Tərzin Cahangirov klubla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib.

 

Transfer hüququ “Qəbələ”yə məxsus olan Cahangirov “Zirə”də icarə əsasında çıxış edirdi. Paytaxt təmsilçisi ilə müqaviləsi başa çatan Tərzinin “qırmızı-qaralar”a qayıdacağı gözlənilirdi. Lakin “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sözügedən futbolçunu komandasında görmək istəmir. Bu mənada, Cahangirov yenidən başqa kluba keçmək məcburiyyətində qalacaq.

 

24 yaşlı xavbeklə “Sumqayıt” danışıq aparır.

 

Qeyd edək ki, Tərzin Cahangirovla birlikdə “Zirə”dən ayrılan Sadiq Quliyevə isə “Qəbələ”nin məşqçilər korpusu şans vermək niyyətindədi.