[b]“Zirə”dən ikiqat yubiley[/b]
29.06.2017 - 23:41
[b]“Zirə”dən ikiqat yubiley[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin “Differdanj”la ilk oyununda 2:0 hesabı ilə qalib gələn “Zirə” ikiqat yubileyin müəllifi olub. Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisi klublarımızın qitənin ikinci dərəcəli klub turnirindəki qələbə sayını yubiley həddinə çatdırıb.

 

Bu uğur komandalarımızın 1994-cü ildə debüt etdiyi UEFA kuboku tarixində ümumilikdə 30-cu ev qələbəsi olub. 2009-cu ildən Avropa Liqası adlanan bu yarışda indiyədək 29 dəfə qalibiyyətimiz var idi.

 

30 qələbədən 5-i yarışın UEFA kuboku dövrünə - 1994-2009-cu illərə təsadüf edib. 8 ildi Avropa Liqası adlanan indiki formatda isə 25-ci qələbə “Dalğa Arena”da əldə edilib.