[b]“Zirə”dən qələbə, “Sumqayıt” AZAL-ın “qol-qanadını qırdı”[/b]
09.04.2017 - 18:16
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedicilərinin çempionatında XXV tur başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən iki oyunda 8 qol qeydə alınıb.
“Zirə” “İnter”i minimalhesablı məğlubiyyətə uğradıbsa, “Sumqayıt” AZAL-ı meydana çıxamağa peşman edib – 7:0.
Əvəzedicilərin çempionatı
XXV tur
“Zirə” - “İnter” – 1:0
Qol: Vüsal İsgəndərli, 30
AZAL - “Sumqayıt” – 0:7
Qollar: Xaliq İbrahimov, 9; Elvin Nəsibov, 23, 49, 73, 83; Fərid Kərimzadə, 72, 89
0
0