Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Astra” – “Zirə” görüşünün başlama saatı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bakılıların Rumıniya təmsilçisi ilə dueli iyulun 13-də olacaq.
Curcu şəhərindəki “Marin Anastasoviçi” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Bu komandalar arasındakı cavab matçı isə iyulun 20-də “Dalğa Arena”da baş tutacaq.
Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçilərimizdən “İnter” “Fola”nı iyulun 12-də saat 20:00-da, “Qəbələ” isə “Yagelloniya”nı bir gün sonra saat 21:00-da qəbul edəcək.