[b]“Zirə”nin transferi Portuqaliya mətbuatının gündəmində[/b]
06.09.2016 - 15:30
[b]“Zirə”nin transferi Portuqaliya mətbuatının gündəmində[/b]

Portuqaliya mətbuatı bu yay ölkə xaricinə yollanan tanınmış futbolçular barədə məqalə dərc edib. Apasport.az saytının məlumatına görə, həmin siyahıda mövsümlərarası fasilədə Azərbaycana köçən oyunçu da var.

 

Belə ki, “Setubal”dan ayrılaraq “Zirə”yə keçən müdafiəçi Migel Lorenzonun bu seçimi həmkarlarımızın diqqətindən yayınmayıb. Portuqaliya millisinin üzvlərinin və yığmaya namizədlərin yer aldığı siyahıda göstərilən 24 yaşlı mərkəz müdafiəçisinin Azərbaycana gəlməsi ölkəsində təəccüblə qarşılanıb.

 

Həmin məqalədə Lorenzo ilə bağlı belə yazılıb: “Bizim Azərbaycanda da təmsilçimiz var. Bu, gənclər yığmamızın keçmiş üzvü Migel Lorenzodu. Onun niyə belə seçim etdiyini başa düşmək çətindi”.

 

Qeyd edək ki, Migel Lorenzo Portuqaliyanın bütün aşağı yaş qrupu yığmalarının formasını geyinib.