[b]“Zirə”nin Türkiyə toplanışı baş tutmadı[/b]
16.07.2016 - 17:07
[b]“Zirə”nin Türkiyə toplanışı baş tutmadı[/b]

“Zirə” klubunun yay hazırlıq prosesinin növbəti mərhələsini Türkiyədə keçirmək planı pozulub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi bu gün səhər Türkiyəyə yola düşməli idi.

 

Ancaq qonşu ölkədə baş verən hadisələrə görə komanda səfərə çıxa bilməyib. Belə ki, “Zirə”nin getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilən bütün uçuşlar təxirə salınıb.

 

Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.