[b]“Zirə”yə ikiqat zərbə[/b]
04.02.2017 - 17:51
[b]“Zirə”yə ikiqat zərbə[/b]

Premyer Liqanın XVI turunun “Zirə” – “Kəpəz” oyunu (1:0) üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, iki oyunçu qırmızı, biri isə sarı vərəqə limiti üzündən növbəti turda meydana çıxmayacaq.

 

“Zirə”nin itkiləri daha çox olub. Burbaşa qırmızı vərəqə alan Sezar Meza Kolli təkcə növbəti turu deyil, daha bir oyunu buraxa bilər. Çünki onun hərəkəti ən azı 2 oyunluq cəza gözləməyə əsas verir. Onunla yanaşı, komanda yoldaşı Yovan Krneta da cəzalı duruma düşüb. Sonuncu mövsümdə 4-cü sarı vərəqəsini alıb.

 

“Kəpəz” isə qırmızı vərəqə alan Renan Silvanı itirib. Legioner XVII turda “istirahət edəcək”.