[b][/b][b]Kannavaronun hədəfi: “Real” və İtaliya yığması [/b]
28.10.2016 - 15:03
[b][/b][b]Kannavaronun hədəfi: “Real” və İtaliya yığması [/b]

İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro futbolla bağlı arzularını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, hazırda Çinin “Tyantsin Suntzyan” klubunu çalışdıran keçmiş futbolçunun hədəfləri böyükdü.

 

Ölkəsinin mətbuatına danışan Kannavaro məşqçilik karyerası ərzində “Real” klubu və İtaliya yığmasını çalışdırmaq istədiyini bildirib: “Real”ı və İtaliya millisini çalışdırmaq arzularımın sırasındadı. Qarşına böyük hədəflər qoymalısan. Əks təqdirdə, məşqçilik karyerasına başlamağın əbəsdi. Mənim də yüksək hədəflərim var”.

 

Qeyd edək ki, Kannavaro məşqçilik fəaliyyətinə 2013-cü ildə start verib.