[b]"Bavariya"da ciddi itki: "Arsenal"la oyunu buraxacaq[/b]
11.02.2017 - 14:00
[b]"Bavariya"da ciddi itki: "Arsenal"la oyunu buraxacaq[/b]

"Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsində "Arsenal" önünə ciddi itki ilə çıxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi gələn həftə keçiriləcək qarşılaşmada Frank Riberinin xidmətindən yararlana bilməyəcək.

 

Bunu komandanın baş məşqçisi Karlo Ançelotti deyib. O bildirib ki, məşqdə zədələnən fransalı yarımmüdafiəçini Münhendəki ilk görüşdə riskə atmaq fikrində deyil. Riberi yalnız fevralın 25-də Bundesliqa çərçivəsində "Hamburq"la keçiriləcək görüşdə iştirak edə biləcək.

 

Qeyd edək ki, "Bavariya" - "Arsenal" qarşılaşması fevralın 15-də baş tutacaq.