[b]"Bu cür komandaya qarşı səfərdə oynamaq çətindi"[/b]
14.08.2017 - 19:58
"Sabah bizi çox çətin matç gözləyir. Bunun fərqindəyik". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Kopenhagen"in kapitanı Uilyam Kvist deyib.
Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.
Matçdan öncə keçirilən mətbuat konfransında Kvist də iştirak edib. O, sabahkı görüşlə bağlı bunları deyib: "Bu cür komandaya qarşı səfərdə oynamaq olduqca çətindi. Xüsusən, irəli xətdə inamlı təsir bağışlamalıyıq. Düşünürəm ki, 1:1 və ya 2:2 hesablı heç-heçə bizim üçün sərfəli nəticə sayılacaq".
0
0