[b]AVRO-2016: “Qəbələ”yə tanış hakim İngiltərə yığmasının oyununda[/b]
10.05.2016 - 11:03
[b]AVRO-2016: “Qəbələ”yə tanış hakim İngiltərə yığmasının oyununda[/b]

Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində növbəti təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son oyunlarını idarə edəcək hakimlərin adları müəyyənləşib.

 

Mayın 12-də baş tutacaq C və D qruplarında III turun görüşləri üçün azərbaycanlı referilər də təyinat alıblar. Belə ki, FİFA dərəcəli referilərimiz Əliyar Ağayev və Orxan Məmmədov yenə 4-cü hakim funksiyasını yerinə yetirəcəklər. Azərbaycanlı hakim-inspektor Asim Xudiyev isə İspaniya - İtaliya görüşündə iş başında olacaq.

 

Bu mövsüm Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ”nin Yunanıstanla “Panatinaikos”a (2:2) qarşı keçirdiyi matçı idarə edən slovakiyalı Peter Kraloviç Danimarka - İngiltərə görüşündə ədalət təmsilçisi olacaq.

 

III tur

12 may

 

D qrupu

14:00. İspaniya – İtaliya

Baş hakim: Petr Ardeleanu (Çexiya)

Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Vasili Ermişin (Moldova)

Dördüncü hakim: Alen Duro (Lüksemburq)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

“Qarabağ” stadionu

 

14:00. Serbiya – Hollandiya

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Baş hakimin köməkçiləri: Alen Heyniger (İsveçrə), Endryu Kristiansen (Farer adaları)

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı Olimpiya Stadionu

 

C qrupu

19:00. İsveç - Fransa

Baş hakim: Bartoş Frankovski (Polşa)

Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)

Dördüncü hakim: Sergeyus Sliva (Litva)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

“Qarabağ” stadionu

 

19:00. Danimarka - İngiltərə

Baş hakim: Peter Kraloviç (Slovakiya)

Baş hakimin köməkçiləri: Edvard Spiteri (Malta), Emmett Dinan (İrlandiya)

Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)

Hakim-inspektor: Mark Batta (Fransa)

Bakı Olimpiya Stadionu

0