Almaniya Futbol İttifaqı 2024-cü il Avropa çempionatını keçirmək üçün ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının UEFA-nın saytına istinadən məlumatına görə, Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrundel lazım olan bütün sənədlərin toplusunu UEFA-nın baş katibi Teodor Teodoridisə verib.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahına yollanan alman nümayəndə heyətinin tərkibində Raynhard Qrundellə yanaşı, Almaniya Futbol İttifaqının baş katibi Fridrix Kirtius, səfirlər – Filipp Lam və Seilya Şaşiç var.
Qeyd edək ki, Almaniya ilk dəfə 2017-c il ilin mart ayında, Avro-2024-ü keçirmək istədiyini açıqlamışdı.