[b]Azərbaycan Kuboku: Yarımfinal oyunlarının hakimləri bəlli oldu[/b]
04.04.2017 - 15:50
[b]Azərbaycan Kuboku: Yarımfinal oyunlarının hakimləri bəlli oldu[/b]

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar müəyyənləşib. Apasport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, aprelin 5-də baş hakim kimi Ömər Paşayev və Əliyar Ağayev iş başında olacaqlar.

 

Paşayev Qəbələdə, Ağayev isə paytaxtda idarəçilik edəcək.

5 aprel (çərşənbə)

16:30. “Qəbələ” – “İnter”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd: hər iki görüş "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

0