Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də A qrupuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, son iki oyunun nəticəsinə əsasən yarımfinalçılar müəyyənləşib.
Son matçlar olduğundan iki qarşılaşma da eyni saatda start götürüb.
İki oyundan sonra 3 xalı olan meydan sahibləri Rusiya millisi 4 xala malik Meksika ilə üz-üzə gəlib. Bu matç ruslar üçün son şans idi. Ancaq Stanislav Çerçesovun yetirmələri ələ düşən son imkanı da boşa veriblər. Amerikalılar 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıblar. Ruslar isə yarışın bundan sonrakı oyunlarını azarkeş kimi izləyəcəklər.
Bu matça qədər 4 xalı olan bir digər komanda Portuqaliya isə Yeni Zelandiya ilə qarşılaşıb. Aşkar autsayder olan okeaniyalıların pireneylilər qarşısında heç nə ilə yadda qalmayacağı gözlənilən idi. Ronaldo və dostları 4:0 hesablı darmadağınlar qrupu lider kimi başa vurublar.
Konfederasiyalar Kuboku – 2017
3-cü tur
24 iyun
Meksika – Rusiya - 2:1
Qollar: Araujo, 30, Lozano, 52, - Səmədov, 25
Yeni Zelandiya – Portuqaliya - 0:4
Qollar: Ronaldo, 33, Silva, 37, Andre Silva, 80, Nani, 90+1
1. |
Portuqaliya |
3 |
2 |
1 |
0 |
7:2 |
7 |
2. |
Meksika |
3 |
2 |
1 |
0 |
6:4 |
7 |
3. |
Rusiya |
3 |
1 |
0 |
2 |
3:3 |
3 |
4. |
Yeni Zelandiya |
3 |
0 |
0 |
3 |
1:8 |
0 |