[b]Portuqaliya: Yığmamızın qalib gələ bilmədiyi rəqib[/b]
23.09.2016 - 12:11
[b]Portuqaliya: Yığmamızın qalib gələ bilmədiyi rəqib[/b]

Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisi tarixində 11-ci dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, rəqiblər indiyədək 4 dəfə Avropa çempionatlarında, 6 dəfə yoxlama matçında qarşılaşıb.

 

Qitə çempionatlarındakı görüşlərdən ikisi final, ikisi seçmə mərhələyə təsadüf edib. Baş tutan 10 qarşılaşmada yığmamız rəqibinə qalib gələ bilməyib.

 

Hesabında 3 heç-heçə olan yığmamız 7 dəfə uduzub. Heç-heçələrdən biri AÇ-2010-nun yarımfinalında qeydə alınıb ki, finalçı oyunsonrası penaltilərlə müəyyənləşib. Pireneylilər bu lotereyada da üstün olub. Bu matçlarda Portuqaliya yığması 40, millimiz 13 top vurub.

 

Azərbaycan – Portuqaliya: Bütün oyunlar

06.11.2002. AÇSO. Portuqaliya – Azərbaycan – 5:0

23.09.2003. YO. Portuqaliya – Azərbaycan – 2:1

24.09.2003. YO. Portuqaliya – Azərbaycan – 4:1

26.09.2006. YO. Portuqaliya – Azərbaycan – 8:1

27.09.2006. YO. Portuqaliya – Azərbaycan – 5:2

19.03.2009. AÇSO. Portuqaliya – Azərbaycan – 3:3

28.01.2010. AÇ. Azərbaycan – Portuqaliya – 3:3, pen.3:5

01.02.2012. AÇ. Portuqaliya – Azərbaycan – 4:1

17.09.2013. YO. Portuqaliya  Azərbaycan – 1:1

18.09.2013. YO. Portuqaliya  Azərbaycan – 5:0

0