[b]TPL: “Qarabağ” Almeydanı itirdi[/b]
30.04.2018 - 10:19
[b]TPL: “Qarabağ” Almeydanı itirdi[/b]

Topaz Premyer Liqasının XXV turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, qırmızı vərəqənin qeydə alınmadığı tur xəbərdarlıq sayında limiti dolduran oyunçulara məcburi istirahət zərurəti yaradıb.

 

“Zirə” - “Qarabağ” görüşü (1:2) iki futbolçunun belə duruma düşməsinə səbəb olub. Azərbaycan çempionu aparıcı futbolçusu Riçard Almeydanı itirib. Mövsümdə 4-cü sarı vərəqəsini alan braziliyalı “Neftçi” ilə XXVI turun qarşılaşmasını buraxacaq.

 

“Zirə” isə Adil Nağıyevi itirib. Müdafiəçi növbəti turun “Kəpəz”lə görüşündə meydana çıxa bilməyəcək.

 

“Qəbələ” “Kəpəz” üzərində asan qələbə (3:0) qazansa da, Ürfan Abbasovun xidmətindən məhrum olub. Vitse-kapitan 4-cü sarı vərəqəsini aldığı üçün “Keşlə” ilə matça çıxmayacaq.

 

0