[b]"Hədəfimiz Avropa Liqasına vəsiqə əldə etməkdi"[/b]
30.06.2017 - 12:00
[b]"Hədəfimiz Avropa Liqasına vəsiqə əldə etməkdi"[/b]

“Sumqayıtda doğulub, bu şəhərin komandasında oynamaq mənim üçün əlavə stimul olacaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi Vüqar Bəybalayev deyib.

 

Gənc yarımmüdafiəçi klubun televiziyasına açıqlamasında komandaya uyğunlaşdığını bildirib: “Yerli azarkeşlərin hamısı mənə doğmadı. İnanıram ki, bu, çıxışıma müsbət təsir göstərəcək. Növbəti mövsümdə hər şeyin yaxşı olacağına ümid edirəm. Yeni kollektivə adaptasiya olmaq problem deyil. Futbolda 90 faiz bir-birini tanıyır. Hələ ki, işlər yaxşı gedir. Yeni mövsümə hazırlıq yüksək səviyyədə davam edir. Ümid edirəm ki, komandamız yaxşı nəticə qazanmaqla sözünü deyəcək”.

 

Bəybalayev “Sumqayıt”ın yeni mövsümdəki məqsədindən söz açıb: “Hədəfimiz Avropa Liqasına vəsiqə əldə etməkdi. “Sumqayıt” bunu bacaracaq gücdədi. Komandada həm gənc, perspektivli uşaqlar, həm də təcrübəli futbolçular var. Onların birləşməsindən güclü kollektiv yaranıb. İstədiyimiz nəticəni ala biləcəyimizi düşünürəm”.