[b]"Karvan”ın rəhbərinə Azərbaycandan getmək qadağan edilib[/b]
14.06.2016 - 10:39
"Karvan İdman Klubu" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Əli Əyyub oğlu Abdulrahmanovun ölkədən getmə hüququ məhdudlaşdırılıb. Apasport.az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, buna səbəb kimi vergi borcu göstərilib.
Belə ki, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış şəxslərin siyahısında “Karvan İdman Klubu”nun rəhbərinin adı da yer alıb.
Borcun məbləği isə açıqlanmayıb.
0
0