[b]"Kəpəz" - "Admira " görüşünün hakimləri müəyyənləşdi[/b]
17.07.2016 - 22:43
[b]"Kəpəz"  - "Admira " görüşünün hakimləri müəyyənləşdi[/b]

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 20-də keçiriləcək "Kəpəz"  - "Admira" (Avstriya) görüşünün hakimləri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, UEFA "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Rusiyadan olan hakimlər briqadasına həvalə edib.

 

Matçın baş hakimi Vitali Meşkov, onun köməkçiləri isə Valeri Dançenko və Maksim Qavrilin olacaq. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Xatırladaq ki, komandalar arasında Avstriyada keçirilmiş ilk görüşdə "Admira" 1:0 hesablı qələbə qazanıb.