“Kəpəz”in daha bir legioneri komandanı tərk edib. Apasport.az saytı xəbər verir ki, Renan Silva növbəti mövsümdə Gəncə klubunun formasını geyinməyəcək.
Belə ki, braziliyalı müdafiəçi karyerasını Serbiyada davam etdirməyi üstün tutub. Silva bu ölkənin “Voyvodina” klubu ilə razılığa gəlib. Məlumatı Novı Sad təmsilçisi rəsmən təsdiqləyib.
24 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə 2 illik müqaviləyə qol çəkəcək.
“Kəpəz”ə ötən yay “Jil Visente”dən keçən Silva Azərbaycan Premyer Liqasının başa çatan mövsümündə 24 oyunda iştirak edib.
Qeyd edək ki, Gəncə təmsilçisi mövsümlərarası fasilədə Tural Axundov, Vüqar Bəybalayev, Nicat Qurbanov, Orxan Əliyev, Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Tadas Simaitis, Julien Ebah və Serjinyo ilə də vidalaşıb.